Qeyri-müsəlmanlar hicab taxaraq müsəlmanları müdafiə etdi 08 Oktyabr 2014 01:00 Xəbərlər Avstraliyada müsəlmanlar üçün ağır olan bir dövrdə ( niqabın qadağan olunması, küçələrdə hicablı qadınlara hücumlar və s) bir qrup qeyri müsəlman qadın hicab taxaraq müsəlmanları Qurban Bayramı münasibəti ilə təbrik edib, onlara gül dəstələri hədiyyə ediblər. Aksiyanın təşkilatçılarından biri olan 26 yaşlı Kanberra Annabel Li bildirib ki : " Biz onlara qarşı KİV-lərin münasibətindən təəssüfləndiyimizi və onlara qarşı tolerant olduğumuzu, onlarla nifrəti deyil, sevgimizi bölüşmək istəyimizi bildirdik.” O əlavə edib ki, müsəlman qadınlar bu sözləri eşidəndə çox təsirləndilər, gülümsədilər, bəziləri bizi qucaqladı, bəziləri isə sevinc göz yaşı tökdülər. Kanberranın müsəlman icması yerli əhalinin belə dostluq təşəbbüsünə görə təşəkkürünü bildirib. // Teqlər : #Qeyrimüsəlmanlar hicab taxaraq müsəlmanları müdafiə etdi , Facebook Twitter Google+ WhatsApp Telegram ok.ru Bakı-İstanbul aviareysində gecikmə yaranıb Qəzzada Fransa mədəniyyət mərkəzində yanğın olub