QMİ-nin sabiq sektor müdirinin məhkəməsində şahidlər ifadə veriblər 23 Avqust 2016 01:00 Hüquq Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində ilahiyyatçı, Qafqaz Müsəlmanları İdarəsinin sektor müdiri olmuş Elşən Mustafaoğlunun məhkəmə prosesi davam etdirilib. Hakim Səbuhi Hüseynovun sədrlik etdiyi proses qapalı keçirilib. Vəkil Əfqan Məmmədovun verdiyi məlumata görə, prosesdə şahidlərin dindirilməsi davam edib. Prosesdə İslam Partiyasının sabiq sədr əvəzi Elçin Manafov ifadə verib. Məhkəmə prosesi avqustun 30-da davam etdiriləcək. Qeyd edək ki, E. Mustafaoğlu 2014-cü ildə həbs olunub. O, Cinayət Məcəlləsinin 274-cü (dövlətə xəyanət) maddəsinə əsasən təqsirləndirilir. (apa) / Teqlər : # QMİnin sabiq sektor müdirinin məhkəməsində şahidlər ifadə veriblər, Facebook Twitter Google+ WhatsApp Telegram ok.ru Akif Çovdarov təcridxanada aclıq aksiyasına başladı Əli İnsanov barəsində yeni cinayət işi açılıb