Qırğızıstanda yaşayan Azərbaycanlılardan orduya dəstək

Qırğızıstanda yaşayan azərbaycanlılar Qarabağda son günlər genişlənən hərbi əməliyyatlarda Azərbaycan ordusunun yanında olduqlarını  göstərmək  məqsədi ilə  Bişkekdə Ümumxalqların Diaspora Təşkilatlarının ofisinə toplanıblar. 
 
Maide.az xəbər verir  ki, keçirilən toplantıda Azərbaycanın Qırğızıstanda ictimai birliyinin sədri Əzizağa Əliyev toplantı iştirakçılarına Qarabağda son günlər keçirilən  hərbi əməliyyatlar haqqında  geniş məlumat verib. 
 
Daha sonra Bişkekin İmam Əli (ə) məscidinin axundu Hacı İlqar çıxış edib, vətən uğrunda  şəhid olmuş Azərbaycan əsgərlərinin ruhuna  dualar oxuyub və bildirib ki, vətəni sevmək imandandır. 
 
Hacı İlqar  Quranda Allahın  yardım və qələbə vədi verdiyini  vurğulayaraq bildirib ki, artıq 24 ildən çoxdur ki, işğalçı Ermənistan vətən torpağını öz əsarətində saxlayır. Son günlər ölkədən gələn qələbə xəbərləri hamımızı sevindirir və Qarabağda döyüşən əsgərlərimizə daha çox qələbələr arzu edirik. 
 
Qeyd edək ki, toplantıda Azərbaycanın Qırğızıstanda olan ictimai və din xadimləri , səfirlik işçiləri, Azərbaycan və Türkiyədən Bişkekdə təhsil alan tələbələr, və digər  şəxslər iştirak edib.
 
Toplantı iştirakçıları  Azərbaycan torpaqlarını qorumaq və vətən uğrunda canlarından keçərək şəhid olmaq üçün hazır olduqlarını bildiriblər. Toplantı iştirakçıları  bu  istəklə Azərbaycan Respublikasının prezidentinə müraciət ünvanlayıblar. /
 
 
 
 
 
 

Google+ WhatsApp ok.ru