Quran ayələrinə əsasən `Əhli-Beyt (ə)”-dan nəql olunan rəvayətlər ensiklopediyası hazırlanıb

Quran ayələrinə əsasən "Əhli-Beyt (ə)”-dan nəql olunan rəvayətlər ensiklopediyası hazırlanıb. 
Maide.az xəbər verir ki, ensiklopediyanın artıq 59 cildi çapdan çıxıb. 
Bu ensiklopediya İmam Hüseyn (ə) müqəddəs ziyarətgahının nəzdində fəaliyyət göstərən Darul-Quran elmi araşdırmalar mərkəzinin təşəbbüsü ilə hazırlanıb. Çap olunmuş 59 cilddə Əhli – Beyt (ə)-dan 43  mövzuda nəql olunan hədis və rəvayətlər toplanıb. 
Məlumata görə, ensiklopediyanın daha 14 cildi çapa hazırlanıb və yaxın günlərdə  olunacaq.  Ensiklopediyanın 2016-ci ilin ikinci yarısında tam çap olunacağı və bazara çıxarılacağı gözlənilir. 
Qeyd edək ki, Əhli-Beyt (ə)-ın Quran Ensiklopediyasında  Quran ayələrinə əsasən "Əhli-Beyt (ə)”-dan nəql olunan rəvayətlər mövzulara uyğun toplanılıb. Ensiklopediyanın hazırlanmasına 5 il öncə başlanılıb.  /
 
 

Google+ WhatsApp ok.ru