Rəsul Cəfərovun həbs müddəti artırıldı

Dünən Nəsimi Rayon Məhkəməsində hüquq müdafiəçisi Rəsul Cəfərovun həbs müddətinin uzadılması ilə bağlı vəsatətə hakim Şəlalə Həsənovanın sədrliyi ilə baxıldı. Bizimyol.info xəbər verir ki, prokurorluq həbs müddətinin daha 3 ay uzadılması ilə bağlı təqdimat verib. Arqument kimi isə istintaqın gedişatı zamanı R.Cəfərovun xaricdə olan əlaqələrindən istifadə edərək ölkəni tərk edib, istintaqdan gizlənə bilmə, sənədləri saxtalaşdırma kimi ehtimalların olduğu bildirilib. 
 
Vəkili Fariz Namazlı çıxışında R.Cəfərovun indiyədək hər zaman istintaqa lazımi sənədləri təqdim etdiyini, vaxtından öncə işlə bağlı ifadə verdiyini və həmçinin 25 iyulda ölkədən çıxışına qadağa qoyulduğu haqda 29 iyulda xəbər tutsa da gizlənməyə, istintaqdan yayınmağa cəhd göstərmədiyini qeyd edib. 
 
Vəkil bütün bunları nəzərə alaraq R.Cəfərovun məhkəmədə onun barəsində verilən həbs qətimkan tədbirinin ev dustaqlığı ilə əvəzlənməsini xahiş etsə də, məhkəmə bu vəsatəti təmin etməmişdi. 
 
Qeyd edək ki, məhkəmənin qərarı ilə R.Cəfərovun həbs müddəti daha 3 ay, 2 fevral 2015-ci ilədək uzadılıb. Vəkil məhkəmənin bu qərarından apellyasiya şikayəti veriləcəyini qeyd edib.

Google+ WhatsApp ok.ru