Rəsmi Moskva: Livanın Hizbullah və Fələstinin Həmas hərəkaları terror qruplaşması deyillər 16 Noyabr 2015 02:00 Xəbərlər Rusiya XİN-nin müavini Mixail Boqdanov bildirib ki, Moskva bu hərəkatları terror qruplaşması hesab etmir və Livanın Hizbullah hərəkatı ilə öz əlaqə kanalları var. Maide.az-ın məlumatına görə, Boqdanov deyib ki, Hizbullah populyar siyasi bir qrupdur və o, öz legitimliyini Livan xalqından əldə edibdir. Rusiyalı diplomat həmçinin qeyd edib ki, Rusiya ABŞ-ın əksinə olaraq, Həmas Müqavimət Hərəkatını terror qruplaşması hesab etmir, əksinə onu Fələstin xalqının ayrılmaz tərkib hissəsi kimi görür. Boqdanov habelə deyib ki, Rusiya Misirlə birgə İraqda və Omanda olduğu kimi, terrorizmlə mübarizə aparmaq üçün Koordinasiya mərkəzi yaratmağa hazırdır. O vurğulayıb ki, terrorizmlə mübarizə aparmaq üçün bütün tərəflərin, o cümlədən Səudiyyə Ərəbistanın, İranın, eləcədə şiə və sünni qrupların iştirakı vacibdir. Bu arada, Boqdanov bildirib ki, Suriyadakı terror qruplaşmalarının müəyyən olunaraq ifşa edilməsi üçün tezliklə İordaniyanın paytaxı Əmanda toplantı keçiriləcək./ Teqlər : #Rəsmi Moskva: Livanın Hizbullah və Fələstinin Həmas hərəkaları terror qruplaşması deyillər, Facebook Twitter Google+ WhatsApp Telegram ok.ru Vergilər naziri işdən çıxarılıb? - RƏSMİ AÇIQLAMA MTN bəy məzarlığını niyə dağıtdı? - FOTO