İran-Azərbaycan sərhəddi 24 saat işləyəcək

Azərbaycan və İran arasında artan iqtisadi əlaqələri nəzərə alaraq Biləsuvar-Culfa (İran) sərhəd-keçid məntəqəsinin həftənin bütün günlərində 24 saatlıq iş vaxtına keçirilməsi barədə razılıq əldə edilib.
 
Bakıda keçirilən Azərbaycan-İran biznes forumda Azərbaycan iqtisadiyyat və sənaye naziri Şahin Mustafayev bildirib ki, bundan başqa, İran vətəndaşlarının Naxçıvan Muxtar Respublikasına keçidinin sadələşdirilməsi istiqamətində işlər aparılacaq: “Dövlət Komissiyasının iclası çərçivəsində bu məsələyə də baxılıb”.

Google+ WhatsApp ok.ru