İran “Şahdəniz -2” qaz yatağında 10 faizlik iştirak payına malik olacaq

İranın neft nazirinin müavini  Əli Macedi Tehranda İran ilə Azərbaycan  arasında neft və qaz müzakirələrinin baş tutduğunu və görüşdə üç məsələ ilə bağlı danışıqlar aparıldığını deyib. 
Maide.az-ın İranın Etimad qəzetinə istinadən məlumatına görə, Ə.Macedi deyib ki, İranın “Niko Oil" şirkətinin “Şahdəniz-2” layihəsinin genişləndirilməsi layihəsində10 faizlik iştirak payı ilə bağlı  iki ölkə arasında ilkin razılaşma əldə olunub. 
Onun sözlərinə görə, Tehranda İran İslam Respublikası ilə Azərbaycan  arasındakı yeni neft və qaz müzakirələrində ARDNŞ-nin birinci vitse-prezidenti Xoşbəxt Yusifzadə  və Azərbaycanın bəzi neft və qaz rəsmiləri ilə müzakirələr həyata keçirilib.
Macedi deyib ki, danışıqlarda həmçinin razılaşdıq ki, Xəzər dənizində neft və qaz yataqlarının genişləndirilməsi üzrə əməkdaşlıqlar inkişaf etdirilsin. Bundan başqa iki ölkə arasında qaz ixracatının həcminin artırılması haqda danışıqlar apardıq. /
 

Google+ WhatsApp ok.ru