İran Ali Milli Təhlükəsizlik Şurasının katibi Rusiyaya səfər edir

İran Ali Milli Təhlükəsizlik Şurasının katibi Rusiyaya səfər edir

İran Ali Milli Təhlükəsizlik Şurasının katibi Əli Şəmxani bu gün Moskvaya səfər edəcək. 
 
Maide.Az Presstv-yə istinadən xəbər verir ki, Ə.Şəmxani Moskvada Rusiyalı həmkarı və digər rəsmilərlə görüşəcək, iki tərəfli əlaqələri müzakirə edəcək. 
 
O, həmçinin ölkələrin Ali Milli Təhlükəsizlik Şurasının rəsmilərinin Rusiyada keçirilən konfransında iştirak edəcək. 
 
Konfransda Ə.Şəmxani çıxış edəcək və regionda iqtisadi, siyasi dəyişikliklər və təhlükəsizlik durumu, eləcə də terrorizmlə bağlı strategiyalar və təcrübələr haqqında danışacaq.  
 
Konfrans çərçivəsində İran rəsmisi terrorizmlə mübarizədə İrana müttəfiq olan ölkələrin rəsmiləri ilə də danışıqlar aparacaq. 

Google+ WhatsApp ok.ru