İran Minada baş verən hadisə ilə bağlı Səudiyyə Ərəbistanına etiraz notası verdi

ən azı 1000 nəfər ölüb, 1500 -dən çox zəvvar isə yaralanıb

Biz Minada baş verən faciədə əsas məsulliyyəti Səudiyyə Ərəbistanda görürük. Heç vaxt edə bilmərik ki, Səudiyyə Ərəbistanın məsuliyyətsiz hərəkətlərinə göz yumaq. Bu sözləri İranın xarici işlər nazirinin müavini Hüseyn Əmirabdullahian deyib. 
Maide.az  İranın Parsine xəbər saytına istinadən məlumat verir ki,  H. Əmirabdullahian deyib ki, bu gün Səudiyyə Ərəbistanın Tehrandakı səfirliyinin  müvəqqtəi işlər vəkilini XİN-ə çağırıb ona ciddi etiraz notasını təqdim etmişik. “Səudiyyə Ərəbistanın məsuliyyətsiz hərəkətlərinə görə işləri diplomatik yollarla davam etdirəcəyik”. 
H. Əmirabdullahian deyib ki, İran Prezidenti Həsən Ruhaninin göstərişi ilə Minada baş verən hadisə ilə bağlı İranda xüsusi qərargah yaradılıb. “Qərargah hadisədə yaralanan və ölən İranlı zəvvarların ölkəyə gətirilməsi, onların müalicəsi və digər işlərin təşkili üçün yaradılıb”. 
H.Əmirabdullahian deyib ki, İranın Səhiyyə Nazirliyi Səudiyyə Ərəbistana tibbi yardım göstərmək üçün hazır olduğunu elan edib. “Həmçinin ölkənin aviasiyası yaralıların tez bir zamanda ölkəyə gətirilməsi üçün hazırlıq vəziyyətinə gətirilib”
Qeyd edək ki, İran KİV-lərinin məlumatına görə, bu gün Məkkə şəhərinin 5 kilometr kənarda yerləşən Minada yaranan izdihamda ən azı 1000 nəfər ölüb, 1500 -dən çox zəvvar isə  yaralanıb.  
Hadisə zamanı  50-yə yaxın İranlı zəvvar ölüb, 60-dan çox iranlı zəvvar isə yaralanıb. /
 

Google+ WhatsApp ok.ru