İranın tanınmış siyasətçisi xəstəxanaya yerləşdirilib

İranın tanınmış siyasətçisi xəstəxanaya yerləşdirilib

İranın tanınmış siyasətçisi Əli Əkbər Natiq Nuri ürəyində yaranmış problemə görə xəstəxanaya yerləşdirilib. 
 
Maide.Az İRNA-ya istinadən xəbər verir ki, Ali Rəhbər Ayətulllah Xameneinin ofisinin müfəttişlik idarəsinin rəhbəri, Məsləhət Şurasının üzvü, sabiq spiker Əli Əkbər Natiq Nuri bu gün səhər ürəyində yaranan problemlə əlaqədar Tehranda xəstəxanalardan birinə yerləşdirilib. 
 
Yaxınlarının bildirdiyinə görə, ürəyindən əməliyyat olunub və Ə.Natiq Nurinin vəziyyəti qənaətbəxşdir. 
 

Google+ WhatsApp ok.ru