İran prezidenti Oman və Küveytə səfər edəcək

İran prezidenti Oman və Küveytə səfər edəcək

İran prezidenti Həsən Ruhani sabah Oman və Küveytə səfər edəcək.
 
Bunu İran Prezident Administrasiyasının mətbuat xidmətinin rəhbəri Pərviz İsmaili deyib.
 
O bildirib ki, Ruhani Omanda bir sıra görüşlər keçirəcək. Görüşlərdə ikitərəfli əlaqələrin inkişafı perspektivləri və regional məsələlər müzakirə olunacaq. Həmçinin özəl sektorla dövlət qurumları arasında əlaqələrin inkişafına dair fikir mübadiləsi aparılacaq.
 
Günün ikinci yarısında H. Ruhani Omandan Küveytə yola düşəcək. Küveyt rəsmiləri ilə görüşlərdə ikitərəfli əlaqələrin inkişafı, habelə regionda baş verən proseslər nəzərdən keçiriləcək.
 
İran prezidentinin Küveytə səfəri həmin gün axşam başa çatacaq. (apa)

Google+ WhatsApp ok.ru