İran səfiri: “İyirmi dörd ildir Azərbaycan xalqı ilə həmdərdik” 25 Fevral 2016 02:00 Xəbərlər “İyirmi dörd ildir İran xalqı Xocalı soyqırımı ilə bağlı Azərbaycan xalqı ilə həmdərddir”. APA-nın xəbərinə görə, bu sözləri İranın Azərbaycandakı səfiri Möhsun Pakayin keçirdiyi mətbuat konfransında deyib. “Bu faciə nəticəsində həlak olanların ruhuna dualar oxuyuruq. Ümid edirik ki, nə burada, nə də dünyanın başqa yerlərində belə hadisələr baş verməz. Azərbaycanda sülh, əmin-amanlığın bərqərar olmasını istəyirik”, - deyə o, bildirib. / Teqlər : #İran səfiri: İyirmi dörd ildir Azərbaycan xalqı ilə həmdərdik , Facebook Twitter Google+ WhatsApp Telegram ok.ru İtalyada məscidlərə zidd qanun ləğv olundu Rusiyada mədən çökdü: 105 nəfər uçqun altında qaldı