İran yeni ballistik raket sınağı keçirib

İran yeni ballistik raket sınağı keçirib

İran dəniz hədəfləri üçün layihələndirdiyi yeni bir ballistik raketi uğurla sınaqdan çıxardığını açıqlayıb
 
Maide.Az xəbər verir ki, bunu İran İslam İnqilabı Keşikçiləri Korpusunun aerokosmik hissəsinin başçısı, general Əmir Əli Hacızadə deyib.  
 
Ə.Ə.Hacızadə deyib ki,  “Hürmüz”- 2 adlı raketi cari həftə ərzində sınaqdan keçirmişik və  250 kilometr uzaqlıqdakı dəniz hədəfini müvəffəqiyyətli şəkildə məhv edib. 
 
O deyib ki, sınaq Oman dənizi sahilində reallaşdırılıb. 
 
300 kilometr məsafəni hədəf alan raketin dəniz səthindəki hərəkətli hədəfləri vurmaq üçün hazırlandığı qeyd edilib. (presstv)

Google+ WhatsApp ok.ru