İraqlı Parlament nümayəndəsi ABŞ-ın yeni fitnəsi haqda xəbərdarlıq edib

İraq Parlamentində qanun dövləti koailisiyasının nümayəndəsi Aliyə Nasif  xəbərdarlıq edib ki, ABŞ-ın köçəri tayfaları silahlandırmaqda məqsədi, bu ölkəni bir-biri ilə savaşda olan daha kiçik məntəqələrə bölməkdir.
Maide.az-ın  Əl-Aləm telekanalına istinadən məlumatına görə, Aliyə Nasif  bəyanat yayaraq bildirib ki, İraqın ümumi fikri, həmçinin icra və qanunvericilik hakimiyyətləri özlərindən soruşmalıdırlar ki, Amerika nəyin bahasına köçəri tayfaları silahlandırıb?
O, əlavə edib: Amerikalıların xeyriyyə müəssisələri yoxdur, onlar Yaxın Şərq ölkələrində hərbi təşkilat yaradır və o zaman ordunu maliyyə cəhətdən himayə yerinə, bu qruplara pul və pulsuz silah verirlər.
Nasif vurğulayıb ki, Amerikanın bu addımda hədəfi, İraqı parçalamaq və bu ölkəni onun sərhədləri və sərvətləri üstündə bir-biriləri ilə savaşda olan kiçik ölkələrə bölməkdir. "Onlar istəyirlər ki, bu savaşlar neçə nəsil davam etmiş olsun və bu, Amerikanın köçəri tayfaları silahlandırmaq müqabilində çəkdiyi elə həmin xərclərdir."
İraq parlamentinin nümayəndəsi dövlətdən istəyib ki, İraqın köçəri tayfa heyətlərinin Amerikaya səfərləri məsələsini diqqətlə araşdırsın və köçəri tayfaların Amerika tərəfindən silahlandırılmalarının nəticələrinə əsasən, bu məsələni yenidən nəzərdən keçirsin. /

Google+ WhatsApp ok.ru