İraq ordusu daha bir bölgəni terrorçulardan təmizlədi

İraq ordusu daha bir bölgəni terrorçulardan təmizlədi

Eastnews.org-un verdiyi xəbərə görə, İraq ordusu daha bir bölgəni İŞİD terrorçularından təmizləyib.

Ənbar vilayətin Dolab məntəqəsində keçirilən hərbi əməliyyatlarda 45 terrorçu məhv edilib.

Məntəqədə yaşayan insanların təhlükəsizliyini təmin etmək məqsədi ilə əlavə qüvvələr bölgəyə yerləşdirilib. Qeyd edək ki, İraq ordusu və Könüllü Xalq Qüvvələri Ənbar vilayətinin Ramadi şəhərinin qərbində yerləşən Zəngurə məntəqəsini də 10 gün əvvəl  İŞİD terrorçularından təmizləmişdi.  /

Google+ WhatsApp ok.ru