Rasim Əliyevin məhkəməsinə buraxmırlar

Yanvarın 21-də ötən ilin yayında döyülərək öldürülən jurnalist Rasim Əliyevin işi üzrə məhkəmə prosesi davam etdirilir. Məhkəmə Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Eldar İsmayılovun sədrliyi ilə keçirilir.
 
Məhkəmə zalına bir neçə adam buraxılıb. Həbs olunanların valideynləri və jurnalistlərin çoxu içəri keçə bilməyib.
 
Bu iş üzrə 5 nəfər – Elşən İsmayılov, Camal Məmmədov, Arif Əliyev, Kənan Mədətov və Samir Mustafayev təqsirli bilinirlər.Avqustun 8-də Bayıl qəsəbəsində bir qrup şəxs tərəfindən döyüldükdən sonra Kliniki Tibbi Mərkəzə yerləşdirilib. Avqustun 9-da gecə xəstəxanada vəfat edib.
 
Faktla bağlı CM-nin 126.3-cü (qəsdən sağlamlığa ağır zərər vurma, zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) maddəsi ilə cinayət işi başlanıb.
 
Yuxarıda adı sadalanan şəxslərlə yanaşı, «Qəbələ» klubunun sabiq kapitanı Cavid Hüseynov da saxlanılıb. O, CM-nin 307.1 (ağır cinayətin hazırlanmasını və ya törədilməsini bilərək həmin cinayət barəsində xəbər verməmə) və 307.2-ci (qabaqcadan vəd etmədən ağır cinayəti gizlətmə) maddələri ilə ittiham edilir. Ancaq istintaqın sonlarına doğru Hüseynova qarşı iş ayrıca icraata götürülüb.
 
Adı sadalanan beş nəfər Rasim Əliyevi Facebook səhifəsində Cavid Hüseynov haqqında yazdığı fikirlərinə görə döyüblər.

Google+ WhatsApp ok.ru