Rusiyada “Тu-95” strateji bombardmançı təyyarə qəzaya uğrayıb

Rusiyanın Xabarovsk vilayətində “Тu-95” strateji bombardmançı təyyarə qəzaya uğrayıb.
 
Rusiya güc strukturlarından mənbə bildirib ki, qəza zamanı təyyarədə olan 7 ekipaj üzvünün hamısı təyyarənin göyərtəsini tərk etməyə müvəffəq olub.
 
Təyyarənin düşdüyü ərazini müəyyən etmək üçün An-12 patrul təyyarəsi axtarış aparır.
 
Xatırladaq ki, bu, son 40 gün ərzində Rusiyanın qəzaya uğrayan 6-cı hərbi təyyarəsidir. 

Google+ WhatsApp ok.ru