Rusiyada əsgər üç nəfəri öldürüb

Rusiyada əsgər üç nəfəri öldürüb

Qərb Hərbi Dairəsi noyabrın 9-da insident haqda bəyanat yayıb.
 
“Növbədə olan əsgər... növbəni yoxlamağa gələn zabitlərə hücum edib, zabitlərin birinin silahını alaraq ərazidən qaçıb. Hücum nəticəsində üç hərbçi ölümlə nəticələnən xəsarətlər alıblar”, – bəyanatda vurğulanır.
 
Hücum edən əsgərin saxlanması üçün tədbirlər görüldüyü bildirilir.
 
Media insidentin hazırda təmir gedən Baltimor hərbi hava bazasında baş verdiyini xəbər verir.
 
Mənbələrin deməsinə görə, 20 yaşlı sıravi əsgər Anton Makarov mayorla dalaşıb, onun tapançasını qaparaq onu güllələyib. Makarov daha sonra mayora köməyə qaçan onbaşını və sıravi əsgəri güllələyib.
 
Voronejdəki hərbi xəstəxananın həkimləri atışmada yaralanmış əsgərin müalicə olunduğunu bildirir.
 
Rusiyanın hərbi hissələrində geniş yayılmış nizamnamədən kənar hərəkətlər (“dedovşina”) nəticəsində baş verən ölüm hadisələri insan haqları təşkilatları tərəfindən araşdırılır. / azadliq.org/ 
 

Google+ WhatsApp ok.ru