Rusiyada kredit borcları sürətlə artır 18 Sentyabr 2018 01:00 Xəbərlər Rusiya vətəndaşlarının kredit borcları sürətlə artır. "Report" xarici mətbuata istinadən xəbər verir ki, bu barədə Rusiyanın Milli Kredit Tarixçiləri Bürosu yayıb. Məlumata görə, təkcə avqust ayında Rusiya vətəndaşları, təxminən, 1 mln. ədəd yeni kredit kartı əldə edib. Bu isə ötən ilin eyni dövrü ilə müqayisədə 56,8% çoxdur. Rusların kəskin borclanmasına səbəb kimi yaşayış xərclərini ödəyə bilməmələri göstərilir. Hazırda hər Rusiya vətəndaşı orta hesabla banka 92,2 min rubl (təxminən, 2 300 manat) borcludur. Teqlər : #Rusiyada kredit borcları sürətlə artır, Facebook Twitter Google+ WhatsApp Telegram ok.ru İsrail rejimi bütün Facebook və Twitter istifadəçilərini izləyir Siyasi qrupların Kərbəlaya girişi qadağan olundu