Rusiyada leysan nəticəsində 2 nəfər ölüb, 5 nəfər yaralanıb - VİDEO 25 Oktyabr 2018 10:57 Xəbərlər Rusiyanın Krasnodar diyarında yağan leysan yağışları nəticəsində 2 nəfər ölüb, 5 nəfər xəsarət alıb, 1 nəfər isə itkin düşüb. “Report” RİA "Novosti”yə istinadən xəbər verir ki, bunu yerli Fövqəladə Hallar Xidmətindən bildiriblər. Leysan nəticəsində Tuapse, Apşeron rayonlarında, Soçi şəhəri ətrafındakı Lazer rayonunda 2 nəfər ölüb, 5 nəfər xəsarət alıb. Yaralıların 3-ünə tibbi yardım göstərilib. Bir nəfər isə itkin düşüb. Məlumata görə, 27 yaşayış məntəqəsində 6000 sakin, o cümlədən 900-dən çox uşağın yaşadığı 1700 evi su basıb, 1500 hektarlıq bağ sahəsi su altında qalıb. Təhlükəsizlik məqsədi ilə 380 nəfər, o cümlədən 99 uşaq təxliyyə edilib. Bundan başqa, 4700-dən çox insanın olduğu 18 sərnişin qatarının reysi gecikib. Təbii fəlakətin nəticələrini aradan qaldırmaq məqsədi ilə hadisə yerinə 700-dən çox əməkdaş, 150 ədəd texnika, o cümlədən 3 qəza-bəpra qatarı cəlb edilib. Sinoptiklərin proqnozuna əsasən, oktyabrın 25-də siklon Krasnodar diyarı və Adıgey Respublikası ərazisinə təsir göstərməyə davam edəcək. Teqlər : #Rusiyada,#leysan,#nəticəsində,#nəfər,#ölüb,#nəfər,#yaralanıb,#VİDEO, Facebook Twitter Google+ WhatsApp Telegram ok.ru “Bakı” məscidi Rusiyanın qədim məbədlərindən biri Günün hədisi: Cümә günü әmәllәrә iki bәrаbәr sаvаb vеrilir, onа görә dә...