Rusiya NATO və Türkiyəyə cavab verdi

Rusiya təyyarələrinin Türkiyə hava məkanını pozması ilə bağlı cavab gəldi.
Maide.az xəbər verir ki, Rusiya Hava Qüvvələrinin ötən həftədən etibarən Suriyada İŞİD mövqelərinə hücum etməsindən sonra ABŞ, İngiltərə, Fransa, Almaniya, Türkiyə, NATO ardıcıl bəyanatlar verərək Rusiyanın bu hərəkətini qınayıblar.
Bir yandan hər gün İŞİD-ə qarşı mübarizədən danışan Qərb dövlətləri, digər yandan da hər zaman İslam dünyasının bayraqdarı olduğunu deyən Türkiyə nədənsə Rusiyanın İŞİD-ə hücumunu qəbul edə bilmədi.
2 gün öncə isə Rusiya helikopterinin Suriya ilə sərhəddə Türkiyə hava məkanını pozmasından sonra Türkiyənin Rusiyaya mövqeyi daha da sərtləşib. NATO da işə qarışaraq Rusiyaya təzyiqlərini gücləndirib.
Rusiya hökuməti NATO-ya cavab olaraq belə açıqlama yayıb:
“NATO Türkiyə hava məkanını səhvən pozmağımızı Suriyada hava hücumlarımızı dayandırmaq üçün istifadə edir”.
Türkiyə dünən Rusiya döyüş təyyarələrinin Türkiyə hava məkanını ikinci dəfə pozduğu açıqlayıb. Rusiya Türkiyə hökumətinə isə belə cavab yollayıb:
“Türkiyənin ikinci dəfə hava məkanını pozmağımız haqqındakı iddiasını araşdırırıq”. /
 

Google+ WhatsApp ok.ru