Rusiya səsdənsürətli raketi sınaqdan keçirib 08 Oktyabr 2020 10:05 Xəbərlər Rusiya Hərbi-Dəniz Qüvvələri səsdənsürətli “Sirkon” qanadlı raketini sınaqdan keçirib. Trend-in məlumatına görə, bu barədə Rusiya Silahlı Qüvvələrinin Baş Qərargah rəisi Valeri Gerasimov prezident Vladimir Putinə məruzə edib. Qeyd olunur ki, raket Ağ dənizdə yerləşən gəmidən buraxılıb və 450 kilometr məsafədə, Barens dənizində şərti hədəfi vurub. Raketin sürəti saatda 5,7 min kilometrə bərabər olub. “Sirkon”un 2020-2021-ci illərdə Hərbi-Dəniz Qüvvələrinə daxil olması planlaşdırılır. Teqlər : #Rusiya,#səsdənsürətli,#raketi,#sınaqdan,#keçirib, Facebook Twitter Google+ WhatsApp Telegram ok.ru Ərbəin yürüşündə Nəcəf- Kərbəla yolu - FOTO 'Mail.ru'dan istifadə edənlərə XƏBƏRDARLIQ