Rusiyaya daha bir pis xəbər - NATO Moldovada 20 Mart 2015 02:00 Xəbərlər Moldova Baş naziri Kiril Qaburiç NATO nümayəndəliyinin Kişniyovda fəaliyyətə başlayacağını açıqlayıb. Axar.az xəbər verir ki, Brüsselə səfəri zamanı NATO-nun Baş katibi Yens Stoltenberqlə görüşən Qaburiç milli təhlükəsizlik istiqamətində ikitərəfli əməkdaşlığın inkişafı haqqında müzakirələr aparıb. Stoltenberq 1 iyuna qədər Kişniyova səfər edəcək və təşkilat nümayəndəliyinin açılışında iştirak edəcək. Moldovanın Müdafiə naziri Viorel Çibotaru açıqlamasında döyüş hazırlığının artırılması istiqamətində bir sıra qərarların artıq qəbul edildiyini, ancaq ordunun bütün ehtiyaclarının qarşılanması üçün ölkənin hərbi büdcəsinin dörd dəfə arıtırlmasının vacib olduğunu vurğulayıb./ Teqlər : #Rusiyaya daha bir pis xəbər NATO Moldovada, Facebook Twitter Google+ WhatsApp Telegram ok.ru Yəməndə Əhli-beyt davamçılarının məscidlərinin partladıldılması nəticəsində həlak olanların sayı artıb Fransa prezidenti Bakıya gəlir