Ruslar dünyada ilk koronavirus peyvəndini yaratdılar - Putinin qızı... 11 Avqust 2020 13:23 Xəbərlər Rusiya Prezidenti Vladimir Putin bəyan edib ki, onun qızlarından biri koronavirus əleyhinə peyvənd vurdurub. Maide.Az "Sputnik"-ə istinadən xəbər verir ki, Putin bu gün keçirilən hökumətin iclasında "COVID-19" əleyhinə ilk Rusiya istehsalı vaksininin dövlət qeydiyyatından keçirildiyini də elan edib. "Qızlarımdan biri belə bir peyvəndi vurdurub. Bu anlamda o eksperimentdə iştirak edib. İlk peyvənddən sonra onun temperaturu 38, növbəti gün 37 dərəcədən bir qədər artıq olub", - deyə Putin qeyd edib. Putin iclas zamanı Rusiyada ilk koronavirus əleyhinə peyvəndin dövlət qeydiyyatından da keçdiyini bildirib: "Bildiyim qədər bu gün dünyada ilk dəfə olaraq koronavirus əleyhinə vaksin qeydiyyatdan keçirilib. Onun kifayət qədər effektiv olduğunu, davamlı immunitet formalaşdırdığını və bütün lazımı yoxlamaları keçdiyini bilirəm" Teqlər : #Ruslar,#dünyada,#ilk,#koronavirus,#peyvəndini,#yaratdılar,#Putinin,#qızı..., Facebook Twitter Google+ WhatsApp Telegram ok.ru Belarusda etirazçının həlak olduğu xəbər verilib ‘Sovetski’nin keçmiş sakinləri aksiya keçirib