Sərnişin avtobusu aşdı: 22 yaralı

Sərnişin avtobusu aşdı: 22 yaralı

Türkiyənin Sivas vilayətinin İmranlı rayonunda yolun qarlı və buz bağlaması səbəbindən sürücünün idarəetməsindən çıxan sərnişin avtobusu aşıb.
 
Avtosfer.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, qəza nəticəsində 22 nəfər xəsarət alıb.
 
Hadisə yerinə çoxlu sayda tibb, xilasetmə və polis briqadaları cəlb edilib.
 
Yaralılar rayonun müxtəlif xəstəxanalarına aparılıblar.
 
Onların vəziyyətinin normal olduğu bildirilib.
 
Polis qəza ilə bağlı araşdırmalara başlayıb.
 

Google+ WhatsApp ok.ru