Səid Həriri Baş Nazir namizədini açıqladı

Səid Həriri Baş Nazir namizədini açıqladı

  Livanın istefa verən Baş Naziri Səid Həriri yeni hökumətlə bağlı açıqlama verib.   

O, açıqlamasında bildirib ki, yeni hökumətdə yer almayacaq.   "Mən bu hökumətdə Samir əl-Xətibin Baş Nazir olmasını istəyirəm. Yeni hökumətdə yer almayacağam", - deyə Səid Həriri diqqətə çatdırıb.   

Qeyd edək ki, Samir əl-Xətib Səid Həririyə yaxınlığı ilə seçilən iş adamıdır və bundan əvvəl də Rafiq Həriri ilə bəzi biznes sahələrində ortaq olub.  /eastnews.org/

Google+ WhatsApp ok.ru