Sabiq deputat həbs edilib

Sabiq deputat Dünyamin Xəlilovun həbs edildiyi bildirilir.
 
APA xəbər verir ki, Nərimanov Rayon Məhkəməsinin qərarı ilə həbs edilən sabiq deputat fevralın 20-də Bakı İstintaq Təcridxanasına köçürülüb. Həbs xəbərinin gec yayılmasının səbəbi isə açıqlanmır. 
 
Əməliyyatı Daxili İşlər Nazirliyi Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi həyata keçirib.
 
Sabiq deputatın Beynəlxalq Bankla bağlı cinayət işində adı keçirdi. «Globus Plaza»nın sahibi olan D.Xəlilov dələduzluqda təqsirləndirilir.
 
2015-ci ilin yayından Beynəlxalq Banka kredit borcları olan şəxslərin həbsinə başlanıb. Bu məsələ ilə bağlı o zaman bir çox işadamının da ölkədən çıxışına yasaq qoyulmuşdu. Tutulanlar DİN-in Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə saxlanılırdılar./

Google+ WhatsApp ok.ru