Sabiq icra başçısına 8 il həbs 20 Aprel 2016 01:00 Hüquq Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində Qobustan rayonunun keçmiş icra başçısı Rafiq Alışovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb Maide.az xəbər verir ki, hakim Mayıl Bayramovun sədrliyi ilə keçirilən prosesdə hökm oxunub. Hakimlər kollegiyasının hökmü ilə Rafiq Alışov 8 il 6 ay müddətinə azadlıqdan məhrum edilib. Qeyd edək ki, R.Alışova Cinayət Məcəlləsinin 178-ci (dələduzluq), 320( saxta sənəd) maddələri ittiham verilib. İstintaq dövründə onun barəsində həbs-qətimkan tədbiri seçilməyib. Məhkəmənin hazırlıq iclasında o, həbs edilib. Rafiq Şıxməmməd oğlu Alışov 1994-2001-ci illərdə Qobustan Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsində işləyib. R.Alışov 2013-cü ildə də eyni maddə ilə Xəzər Rayon Məhkəməsinin qərarı ilə həbs edilib.(politika.az) / Teqlər : #Sabiq icra başçısına 8 il həbs, Facebook Twitter Google+ WhatsApp Telegram ok.ru Polis vətəndaşı saxlayarkən bunları etməli olacaq – YENİLİK Binəqədidəki dəhşətli yanğınla bağlı istintaq başa çatdı