Sabiq milli təhlükəsizlik nazirinin qardaşı həbs olundu 14 Oktyabr 2016 01:00 Hüquq Naxçıvanda muxtar respublika Milli Təhlükəsizlik Nazirliyinin keçmiş rəhbəri Vəli Ələsgərovun böyük qardaşı Əli Ələsgərov vergi ödənişindən boyun qaçırma ittihamı üzrə həbs edilib. Maide.Az Turan-a istinadən bildirir ki, Ə.Ələsgərov barəsində 3 aylıq həbs qərarı çıxarılıb. Əli Ələsgərov sahibkardır. Onun biznesi qardaşı muxtar respublika MTN-inə rəhbərlik etdiyi dövrdə çiçəklənib. Belə ki, onun Ordubadda broyler fabriki, Şərurda balıqyetişdirmə müəssisəsi və ictimai-iaşə obyektləri olub. Qardaş Ələsgərovlar vətəndaş cəmiyyətinin yerli fəallarına və jurnalistlərə sərt münasibətləri ilə məşhur idilər. İyunun 24-də Naxçıvanın Hərbi Məhkəməsi Vəli Ələsgərovu bir sıra ağır cinayətlərdə - mənimsəmədə, vəzifə səlahiyyətlərini aşmaqda və qanunsuz qulaq asmada günahkar bilərək barəsində 14 il həbs qərarı çıxarıb. / Teqlər : #Sabiq milli təhlükəsizlik nazirinin qardaşı həbs olundu, Facebook Twitter Google+ WhatsApp Telegram ok.ru Sabah Cahangir Hacıyevə hökm oxunacaq General qışqırdı: “Korrupsiya kimdi, əə? …”