Sahibkarlar 4 il ərzində nəzarət-kassa aparatlarını dəyişəcəklər

Sahibkarlar 4 il ərzində nəzarət-kassa aparatlarını dəyişəcəklər

Fevralın 14-də Nazirlər Kabineti Vergilər Nazirliyinin elektron informasiya sisteminə real vaxt rejimində qoşulmalı olan nəzarət-kassa aparatlarının tətbiqi qrafikini təsdiq edib.
 
Ticarət və ictimai iaşə obyektlərində NKA 2022-ci il dekabrın 31-dək dörd mərhələdə dəyişdirilməldiir.
 
Birinci mərhələdə (2018-ci il iyulun 31-dək) Bakıdakı iri ticarət mərkəzləri, market şəbəkələri, yanacaqdoldurma stansiyaları, avtomobil satışı salonları, şadlıq evləri yeni NKA-ya keçəcəklər.
 
Sumqayıt və Gəncədəki yanacaqdoldurma məntəqələri və market şəbəkələri də yeni KNA-ya keçməlidir. Bakı, Sumqayıt və Gəncədə real vaxt rejimində həyata keçirilən əməliyyatlar haqda informasiyanı nəzarət edən orqana ötürməyə qadir müasir KNA-ya keçid 2012-ci il aprelin 1-dək başa çatmalıdır.  /contact.az /

Google+ WhatsApp ok.ru