Salyan rayonunda içməli su problemi yaranıb 23 May 2016 01:00 Xəbərlər Kür çayının Salyan rayonunun ərazisindən keçən hissəsində suyun səviyyəsi xeyli aşağı düşüb. Maide.Az “Report”a istinadən xəbər verir ki, bir həftə ərzində çayda suyun səviyyəsi 50-60 santimetr azalıb. Suyun səviyyəsi aşağı olan çayda yenidən suyun azalması vəziyyəti bir qədər də çətinləşdirib. Kür çayının səviyyəsinin aşağı düşməsi su-nasos stansiyalarına da öz təsirini göstərib. Belə ki, Kür çayında quraşdırılmış bəzi su nasosları quruda qalıb. Hazırda şəhəri içməli su ilə təmin edən 4 su-nasos stansiyasının məhsuldarlığı aşağı düşüb. Nəticədə şəhər əhalisinin 30 faizinə içməli su verilməsində bir qədər çətinliklər yaranıb. Bununla yanaşı əkin sahələrinin suvarılmasında istifadə olunan su nasos stansiyaları da tam gücü ilə işləyə bilmir. Mütəxəssislərin fikrincə, yaz aylarında Kür çayının səviyyəsinin azalması bir neçə gün də belə davam edərsə vəziyyət daha da ciddiləşər. / Teqlər : #Salyan rayonunda içməli su problemi yaranıb, Facebook Twitter Google+ WhatsApp Telegram ok.ru Azərbaycanda 5 minə yaxın qanunsuz miqrant var İran kənd təsərrüfatı məhsullarını azərbaycanlı iş adamları vasitəsilə Rusiya bazarına çıxarmaq niyyətindədir