Saratovdan Bakıya hava reysləri açılır

Saratovdan Bakıya hava reysləri açılır

4 iyul tarixində ilk dəfə olaraq Rusiyanın Saratov şəhərindən Bakıya birbaşa hava reysləri təşkil olunacaq.
 
TASS agentliyi xəbər verir ki, bu barədə Saratovun “Qaqarin” hava limanının mətbuat xidməti məlumat yayıb.
 
“176 yer tutumlu “Boeing 737-800” təyyarələrindən uçuşlar “S7” Hava Yolları kompaniyası tərəfindən həyata keçiriləcək”, - hava limanının mətbuat xidmətinin yaydığı məlumatda qeyd olunur.
 
Qeyd olunur ki, Heydər Əliyev adına Beynəlxalq Hava Limanına təşkil olunacaq uçuşlar həftədə bir dəfə bazar günləri təşkil ediləcək. / oxu.az/ 
 

Google+ WhatsApp ok.ru