Sionist rejimin xarici işlər naziri Bəhreynə rəsmi səfərə gedib 30 Sentyabr 2021 12:31 Xəbərlər Sionist rejimin xarici işlər naziri Yair Lapid bu gün Bəhreynə rəsmi səfərə gedib. Maide.az Bəhreynin dövlət xəbər agentliyi BNA-a istinadla xəbər verir ki, bu işğalçı rejimin xarici işlər nazirinin Bəhreynə ilk səfəridir. Məlumata görə bu səfər çərçivəsində sionist rejimin Bəhreyndə səfirliyinin açılışı gözlənilir. Qeyd edək ki, müsəlman ölkələri bu günə qədər Fələstin məsələsinə görə işğalçı İsrail rejimi ilə diplomatik əllaqələri kəsmişdi. Dəfələrələ buna cəhd olunsa da ictimai qınaq nəticəsində hər hansı əlaqə bərpa olunmamışdır. Lakin son bir neçə ildə beynəlxalq hegemon qüvvələr o cümlədən ABŞ və bir sıra Avropa ölkələri Fələstin məsələsini siyasi gündəmdən salmaq üçün Fars Körfəzi ölkələri ilə sionist rejimin diplomatik əlaqələrinin adiləşdirilməsinə cəhd edirlər. Bununla da Fələstin məsələsini kənarda saxlamağa çalışırlar. Xatırladaq ki, Bəhreynin müxalifəti və din alimləri işğalçı İsrailin xarici işlər nazirinin bu ölkəyə səfərini və Mənamədə səfirliyin açılışını kəskin pisləyiblər. Teqlər : #Sionist,#rejimin,#xarici,#işlər,#naziri,#Bəhreynə,#rəsmi,#səfərə,#gedib, Facebook Twitter Google+ WhatsApp Telegram ok.ru Rusiya 'YouTube' kanalını bağlayacağı ilə hədələyir Sarkozi 1 il müddətinə azadlıqdan məhrum edilib