Siyasi məhbuslarla bağlı daha bir bəyanat

Birinci Avropa Oyunlarının açılışı ərəfəsində Azərbaycan hakimiyyəti həbsdə olan hüquq müdafiəçilərinin və jurnalistlərin azadlığa buraxılması ilə bağlı beynəlxalq təşkilatların çağırışlarına məhəl qoymur.
 
Maide.az "Turan"a istinadən xəbər verir ki, bu barədə İşgəncələr Əleyhinə Ümumdünya Təşkilatın bəyanatında deyilir.
 
Bəyanatda qeyd olunur ki, son ildə ölkədə vətəndaş cəmiyyətinə, QHT və jurnalistlərə qarşı repressiyalar artıb.
 
Bu repressiyaların nəticəsində bir neçə hüquq müdafiəçisi, jurnalist uydurma ittihamlarla həbs olunub.
 
Təşkilat Avropa Oyunlarının açılışında iştirak edən dövlətlərin nümayəndələrini həbsdə olan jurnalistlərin və hüquq müdafəçilərinin azadlığa buraxılmasını tələb etməyə çağırıb.
 
Təşkilat həmçinin Amnesty International nümayəndə heyətinin, britaniyalı jurnalist Emma Hyuzun və digər KIV nümayəndələrinin ölkəyə buraxılmamasını pisləyib.
 
Qurum Azərbaycanda fəallara və jurnalistlərə qarşı repressiyaları pisləyir, onların azadlığa buraxılmasını tələb edir. 

Google+ WhatsApp ok.ru