Süleymaninin şəhadətindən 2-3 saat qabaq yazdığı sözlər: ‘Allahım səni görməyə aşiqəm, bizləri qəbul et’

Süleymaninin şəhadətindən 2-3 saat qabaq yazdığı sözlər: ‘Allahım səni görməyə aşiqəm, bizləri qəbul et’

Qasım Süleymaninin öldürülməsindən bir neçə saat əvvəl yazdığı bir məktub ortaya çıxıb.
 
Bu məktub və öldürüldüyü vaxt barmağındakı üzük qızı Zeynəb Süleymaniyə təhvil verilib. Süleymaninin bu məktubu İraqa gəlməzdən əvvəl Suriyada yazdığı, şəxsi əşyaları arasında olduğu iddia edilib.
 
Qardaşı da İran mediasına verdiyi açıqlamasında bunları deyib: “Əl yazısı şəhadətindən 2-3 saat əvvələ aiddir. Onun şəhadətindən bir həftə əvvəl birlikdə idik. Bu son görüşümüz oldu. Suriyaya təyyarəyə minməzdən əvvəl bu yazını yazıb. O məktubu və üzüyünü qızı üçün göndərdilər dünən gecə. Yazıda da göründüyü kimi, şəhid olacağını bilirdi. Yazı mətnində dini və fəlsəfi ifadələrlə birlikdə “Allahım səni görməyə aşiqəm, bizləri qəbul et” şəklində ifadələr də var”.
 
Qasım Süleymaninin öldürülməsindən bir neçə saat əvvəl yazdığı məktubun tam mətni aşağıdakı kimidir:
 
“İlahi, məni öz başıma buraxma!
 
İlahi, məni qəbul elə!
 
İlahi, Səninlə görüşməyə aşiqəm.
 
O görüş ki, Musanın durmağa və nəfəs almağa imkanı olmadı.
 
İlahi, məni pakizə qəbul et!” /deyerler.org
 
 

Google+ WhatsApp ok.ru