Slovakiyada quş qripi virusu aşkarlanıb 14 Yanvar 2020 08:55 Xəbərlər Slovakiya Baytarlıq Müfəttişliyi kiçik fermaların birində H5N8 quş qripi virusunun olduğunu təsdiqləyib. “Zbegi kəndindəki fermer üç halda xəstəliyin baş verdiyini bildirib. Ümumilikdə onun 22 quşu olub. Laboratoriya müayinələri quş qripi virusunun olduğunu təsdiqləyib. Quşlar məhv edilib və həmin ərazi dezinfeksiya edilib. Virusun yayılmasının qarşısını almaq üçün profilaktik tədbirlər görülüb. Qeyd edək ki, Polşanın böyük qazyetişdirmə fermalarından birindəki 6 min quşda quş qripi virusu aşkarlanıb. /Report Teqlər : #Slovakiyada,#quş,#qripi,#virusu,#aşkarlanıb, Facebook Twitter Google+ WhatsApp Telegram ok.ru Ruhani ABŞ ordusunun terror təşkilatı elan edilməsi ilə bağlı qanun layihəsini təsdiq edib Həzrət Əbülfəzl Abbasın (ə) hərəminin böyük qızılı eyvanının yenilənməsi başa çatıb - FOTO