İsmayıllıda baş vermiş hadisələrlə bağlı həbs olunan iki nəfər əfv ərizəsi yazıb 20 Noyabr 2014 02:00 Xəbərlər 2013-cü ildə İsmayıllıda baş vermiş hadisələrlə bağlı həbs olunan şəxslərdən iki nəfər əfv ərizəsi yazıb. Maide.az xəbər verir ki, bu barədə apa-ya məlumat verən vəkil Nizami Abbasov bildirib ki, təqsirləndirilən Səftər Ağamalıyev və Vasif İbrahimov əfv ərizəsi ilə prezident İlham Əliyevə müraciət ediblər. Qeyd edək ki, Baş Prokurorluq və Daxili İşlər Nazirliyinin İsmayıllı hadisələri ilə bağlı yaydığı birgə məlumatda bildirilir ki, 2012-ci il yanvarın 23-də İsmayıllı şəhərində "Çıraq" hotelinin inzibatçısı Emil Şəmdinovun və tanışı Elməddin Məmmədovun sərxoş vəziyyətdə özgənin əmlakının zədələnməsi ilə müşayiət olunan qərəzli xuliqanlıq hərəkətləri etmələri və bununla əlaqədar hadisə yerinə toplaşmış bir qrup şəxs tərəfindən "Çıraq" hotelinin və müxtəlif markalı avtomobillərin yandırılması ilə nəticələnən kütləvi münaqişə baş verib. Törətdikləri hüquqazidd əməllərə görə bir neçə nəfər istintaqa cəlb edilib. Şəki Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Səftər Ağamalıyev və Vasif İbrahimov 8 il müddətinə azadlıqdan məhrum ediliblər. Hökmdən verilən apellyasiya şikayəti isə təmin olunmayıb. Teqlər : #İsmayıllıda baş vermiş hadisələrlə bağlı həbs olunan iki nəfər əfv ərizəsi yazıb, Facebook Twitter Google+ WhatsApp Telegram ok.ru Yağış 300 nəfəri xəstəxanalıq etdi Sinoptiklərdən xəbərdarlıq:Hava yenidən kəskin soyuyacaq, sulu qar və qar yağacaq