Sürət qatarı yolda qalıb

Sürət qatarı yolda qalıb

Noyabrın 23-ü səhər saatlarında Bakı-Sumqayıt sürət qatarının hərəkətində ləngimə baş verib.
 
Hadisəyə səbəb elektrikin kəsilməsi göstərilib. Bəzi sərnişinlər bildiriblər ki, soyuq qatarda uzun müddət gözləmək məcburiyyətində qalıblar.
 
«Azərbaycan Dəmir Yolları» QSC-nin mətbuat xidmətinin rəhbəri Nadir Əzməmmədov isə məsələ ilə bağlı bunları deyib: «Sumqayıtdan Bakıya gələn sürət qatarının təmas xəttində problem yaşanıb. Hadisə saat 7:10 radələrində baş verib. Yarım saatdan sonra qatarın hərəkəti bərpa olunub. Artıq Bakıya gələn qatar bərpa olunub. Qatarlar qrafik üzrə hərəkətlərini davam etdirirlər». (qafqazinfo) /

Google+ WhatsApp ok.ru