İsrail saytı Azərbaycan əleyhinə ermənipərəst xəbərlər yayımlayır

Son günlər Azərbaycana qarşı erməni-düşmənin təxribatı İsrailin bəzi saytlarında həqiqətə uyğun olmayan tərzdə yayımlanıb. 
 
İslamazeri.az-ın verdiyi xəbərə görə, 2008-ci ildə Xatinski Boris tərəfindən təsis olunan İsrailin rus dilli "İzrus" saytı Azərbaycan əleyhinə cəbhə xəbərləri yayır.
 
Sayt,  rəhbərləri terrorçu olan qondarma "Dağlıq Qarabağ respublikası"na istinadən Azərbaycanın döyüşlərdəki itkisini 200 nəfər göstərərək, ermənilərin 18 itki verdiyini yazıb. Bu cür dezinformasiyalarla bu sayt erməni tərəfində olduğunu gizlətməyib.
Azərbaycan Ordusunun rəsmi açıqlamasını və  ya Azərbaycanın rus dilli saytlarına istinad etmədən qarşı tərəfin bu xəbərlə bağlı mövqeyini dərc etməyən "İzrus" saytı  bu xəbəri Azərbaycan Ordusunun uğursuzluğu kimi qələmə verib.
 
Qeyd edək ki, bu sayt Azərbaycanda yaşayan bəzi siyasətçilərlə əlaqəsinin oduğunu gizlətmir, hətta bəzən İslam və islamçılar əleyhinə münasibətləri də bu siyasətçilərə istinadən onların adlarını qeyd etmədən  dərc edir. /

 

Google+ WhatsApp ok.ru