İsrail Suriya ərazisini raketlərlə hədəfə alıb, havadan müdafiə cavab verib

İsrail Suriya ərazisini raketlərlə hədəfə alıb, havadan müdafiə cavab verib

 İsrail ötən gün Suriyanın Dəməşqətrafı əyalətində bir neçə obyekti hədəfə almağa çalışıb. Havadan müdafiə cavab verib.
 
Bu barədə hərbi mənbələr məlumat veriblər.
 
Bildirilib ki, "işğal edilmiş Fələstin ərazilərindən Suriyada Dəməşqətrafı əyalətə bir neçə raket atılıb."
 
"Havadan müdafiə hərəkətə keçib və raketlərin bəzilərini havada ikən zərərsizləşdirib. Əqrəba bölgəsində vurulan bir düşmən raketi yerə düşüb."
 
İsrailin həyata keçirdiyi hücumun xəsarətləri barədə hələ məlumat yoxdur.
 
Qeyd edək ki, Suriya Ordusu iki gün öncə Həma şəhəri səmasında da hücuma keçən PUA-lara qarşılıq vermişdi. /SalamNews 

Google+ WhatsApp ok.ru