Sumqayıtda imam Əlinin (ə) mövlud tədbiri keçirilib

İmam Əlinin (ə) mövludu münasibəti ilə bayram tədbiri keçirilib.
Müsəlmanların birinci imamı Əli ibni Əbu-Talibin (ə) mövlud (doğum) günü münasibəti ilə bütün dünyada yaşayan müsəlmanlar bayram tədbirləri keçiriblər. Əhalisinin böyük hissəsi müsəlmanlardan ibarət olan Əhli-beyt aşiqlərinin diyarı Azərbaycanda da imam Əlinin (ə) mövlud günü qeyd edilib. Respublikanın bütün bölgələrində Əhli-beyt aşiqləri, eləcədə imanlı insanlar məscidlərə, mərasim evlərinə toplaşaraq İmamın eşqinə  oxunan xütbələri dinləyiblər və ehsan süfrəsindəki təamlardan  dadıblar.
 
Mövlud münasibəti ilə Sumqayıt şəhərində də Azərbaycan İslam Partiyasının (AİP) Sumqayıt şöbəsinin təşəbbüsü ilə bayram tədbiri keçirilib. İslaminSesi xəbər verir ki,  tədbirdə öncə Quran tilavət olunub. Daha sonra çıxış edənlər Həzrəti Əlinin həyatından və fəzilətlərindən söz açıblar. İmam Əlinin (ə) kəbədə doğulduğunu və elə məsciddə də şəhid edildiyini deyiblər. Mövlud tədbirində Həzrətin şəninə mədhiyyələr edilib və ilahi nəğmələr oxunub. Sonda Mövlud tədbirində iştirak edən insanlara imamın adına ehsan süfrəsi verilib.
 
 
 
 

Google+ WhatsApp ok.ru