İsveçli 76 yaşlı keşiş İslam dinini qəbul etdi 12 Mart 2020 14:50 Xəbərlər İsveçli 76 yaşlı Leif Skjetne adlı keşişin 2015-ci ildə 18 yaşlı bir miqrant uşağı himayəsinə götürməsindən sonra həyatı dəyişib. Maide.Az IQNA-ya istinadən xəbər verir ki, İsveçin Yönköpinq şəhərində 30 il keşişlik edən Leif Skjetne, müsəlman olduğunu elan edib. İsveçin “Dagens” qəzetinə açıqlama verən Skjetne, belə deyib: “2 il əvvəl Mərakeşdə məskunlaşaraq, adımı Əhməd olaraq dəyişdirmişdim. Keçən ay da müsəlman olmağa qərar verdim”. İsveç Kilsə İttifaqına istefasını təqdim etdiyini bildirən Skjetne, 2015-ci ildə 18 yaşlı bir miqrant uşağı himayəsinə götürməsindən sonra həyatının dəyişdiyini bildirib. Mərakeşli miqrant uşağın 2018-ci ildə deportasiya edildiyini və onun arxasınca Mərakeşə köçməyə qərar verdiyini vurğulayan Skjetne, bunları deyib: “İsveçdəki bütün malımı, mülkümü satıb, həyatının geri qalan hissəsini Mərakeşdə yaşamağa qərar verdim”. İsveçli 76 yaşlı keşiş İslam dinini qəbul etdi. Teqlər : #İsveçli,#yaşlı,#keşiş,#İslam,#dinini,#qəbul,#etdi, Facebook Twitter Google+ WhatsApp Telegram ok.ru İqtisadçı: 30-40 faiz devalvasiya ola bilər İraq XİN: İŞİD ailəsindən olan daha 112 uşaq Azərbaycana göndərilib