Tərtərdə xəstəlik üzündən 500-dən çox heyvan tələf olub 03 Mart 2017 02:00 Xəbərlər Tərtər rayonunda yayılan sarılıq xəstəliyi 500 başdan çox xırdabuynuzlu heyvanın ölümünə səbəb olub. "Report" xəbər verir ki, tələfat Əskipara kəndindəki toyuq fermasında məskunlaşan Laçın rayon məcburi köçkünlərinə məxsus bir neçə fərdi təsərrüfatda qeydə alınıb. Sakinlərin sözlərinə görə, heyvanlar arasında xəstəlik 2 aydır yayılıb. Baytar həkimlər xəstəliyin qarşısını almaq məqsədi ilə vaksinləmə işləri aparsalar da, bu, hələ ki, bir nəticə verməyib. Fermerlər bunu dərman preparatlarının keyfiyyətsiz olması ilə əlaqələndirirlər. Tərtər Rayon Baytarlıq İdarəsi yaranmış vəziyyətlə bağlı Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Baytarlıq İdarəsini məlumatlandırıb. Teqlər : #Tərtərdə xəstəlik üzündən 500dən çox heyvan tələf olub, Facebook Twitter Google+ WhatsApp Telegram ok.ru Alyaskada 5,5 bal gücündə zəlzələ baş verib Araz və Kür çaylarında suyun səviyyəsi nisbətən azalıb