Tacikistanda 14 polis kök olduğu üçün işdən çıxardılıb 21 İyul 2017 01:00 Xəbərlər Tacikistan DİN-dən 3 əməkdaş ikili vətəndaşlığı olduğu üçün, 14 nəfər isə artıq çəkiyə görə işdən azad edilib. Maide.info xəbər verir ki, Trend-in məlumatına görə, ölkə qanunvericiliyinə uyğun olaraq ikili vətəndaşlığı olan şəxslər hüquq-mühafzə orqanlarında, güc strukturlarında, bəzi dövlət qulluğunda çalışa bilməz. Tacikistan DİN-dən verilən məlumata görə, həmin şəxslər Tacikistan vətəndaşı olmaqla yanaşı, Rusiya vətəndaşları da olublar. Artıq çəkiyə görə DİN-dən azad edilən əməkdaşlarla yanaşı, 21 milis işçisi də işdən azad edilib. Məlumatda qeyd olunur ki, artıq çəkiyə görə hüquq-mühafizə orqanlarından azad edilən işçilər müvafiq çəkiyə uyğun arıqlasalar, yenidən işə bərpa olunacaqlar. Tacikistanda milis işçiləri üçün boy və çəki standartları 168-170 sm və 75 kiloqrama qədə çəkidir. Teqlər : #Tacikistanda 14 polis kök olduğu üçün işdən çıxardılıb, Facebook Twitter Google+ WhatsApp Telegram ok.ru Bakının baş infeksionisti: “Qarpız soyuducuda saxlanılmamalıdır” ABŞ əfqan polislərini öldürdü