Tacikistan prezidentindən Ramazan ayı ilə bağlı gülməli təklif

Tacikistan prezidentindən Ramazan ayı ilə bağlı gülməli təklif

Tacikistan prezidenti Emoməli Rəhmon Ramazan ayının başlaması münasibətilə müsəlmanları təbrik edib ardınca da gülməli bir açıqlama verib.
 
Maide.Az xəbər verir ki, Tacikistan prezidentinin sözlərinə görə, bu il Ramazan ayı təhlükəli koronavirus pandemiyası ilə yanaşı, yaz-tarla işləri dövrünə təsadüf edir. Bu səbəbdən o, fermerləri, heyvandarlıqla məşğul olanları və əkinçiləri oruc tutmağı başqa əlverişli vaxta keçirməyə çağırıb.
 
"Baxmayaraq ki, bizim ölkədə koronavirusa yoluxma halı qeydə alınmayıb. Amma mən tarlada işləyən, müəssisələrdə çalışan, özünü və ailə üzvlərinin sağlamlığının qeydinə qalan, ailəsinə ruzi aparan hər kəsi bu rahatlıqdan istifadə edərək tutacaqları orucu başqa münasib vaxta təxirə salmaların istəyirəm."
 
 
 

 

Google+ WhatsApp ok.ru