Tale Bağırova qarşı saqqal təxribatı

“12 saylı həbsxananın şöbə rəisi Babək İsgəndərov və digər rəhbər şəxslər psixoloji gərginlik yaratmaqla Tale Bağırovu cinayətə sürükləmək istəyirlər. Lakin Tale Bağırovun təxribata getməməsi həbsxana rəhbərliyinin planının baş tutmamasına gətirib çıxarıb.”   
 Bu sözləri "Azad Xəbər" saytına ilahiyyatçı alim Tale Bağırovun vəkili Zaman Səmədov söyləyib. 
 
"Tale Bağırov isə ümumi üz qırxan aparatın kütləvi şəkildə istifadə olunmasına görə ondan istifadə etmədiyini və axşama qədər yaxınları tərəfindən göndərilən aparatın gələcəyini söyləyib. Bunu bəhanə edən Babək İsgəndərov adlı şöbə rəisi Tale Bağırova əl-qol atıb ki, konflikt yaransın. Lakin ilahiyyatçı təxribata getməyib. Tale Bağırov hazırda da psixoloji gərginlik altında saxlanılır."
 
Qeyd edək ki, 12 saylı həbsxana rəhbərliyinin məhkəməyə təqdim etdiyi təqdimat əsasında məhkəmə Tale Bağırovun 8 ay müddətinə Qobustan qapalı tipli həbsxanasına köçürülməsi barədə qərar çıxarıb. 

Google+ WhatsApp ok.ru