Taleh Bağırovun məhkəməsi baş tutmadı

Bu gün Bakı Apellyasiya Məhkəməsində ilahiyyətçi alim Tale Bağırov Qobustandakı qapalı həbsxanaya köçürülməsi ilə bağlı Qaradağ rayon məhkəməsinin qərarından verilmiş şikayətə baxılmalı idi.
 
Amma texniki səbəblərdən Tale Bağırovun məhkəməyə gətirilməməsi səbəbindən proses baş tutmayıb.
 
Bu haqda onun vəkili Cavad Cavadov məlumat verib.
 
Vəkil bildirib ki, Qaradağ rayon məhkəməsinin qərarı qanuni qüvvəyə minməmiş Tale Bağırov artıq Qobustandakı qapalı həbsxanaya köçürülüb. Bu isə ciddi qanun pozuntusudur. Orda isə həbsxana şəraiti daha ağırdır. Telefon zənglərinə, görüşlərə məhdudiyyət var. Bu isə mənəvi işgəncədir. 
 
Qeyd edək ki, Tale Bağırovun məhkəmə iclasında iştirak etmək üçün, Milli Şuranın sədri Cəmil Həsənli, ictimai-siyasi fəal Oqtay Gülaliyev və inanclılar məhkəmə binası qarşısında toplaşıb.

Google+ WhatsApp ok.ru