İtaliya şirkəti ilə Kəlbəcər, Ağdam, Füzuli və Qubadlıya elektrik çəkilişi üzrə müqavilə bağlandı

İtaliya şirkəti ilə Kəlbəcər, Ağdam, Füzuli və Qubadlıya elektrik çəkilişi üzrə müqavilə bağlandı

Azərbaycanın “Azərenerji” ASC və İtaliyanın “Ansaldo Enerji” şirkəti arasında təchizat müqaviləsi imzalanıb.
 
APA-nın məlumata görə, onlayn formatda təşkil edilən imzalama mərasimində çıxış edən ASC-nin prezidenti Baba Rzayev qeyd edib ki, sənədə əsasən, Azərbaycanın işğaldan azad edilən dörd ərazisində - Kəlbəcər, Ağdam, Füzuli və Qubadlı rayonlarında inşa olunacaq 110 kilovoltluq yarımstansiyalarının elektrik avadanlıqlarının təchizatı nəzərdə tutulur.
 
“Ansaldo Enerji” ilə “Azərenerji” arasında imzalanmış müqavilə kommersiya münasibətləri ilə yanaşı, iki ölkə arasında siyasi, iqtisadi, o cümlədən, qeyri-neft sektorunda da öz töhfəsini vermiş olacaq”, - deyə B.Rzayev qeyd edib.

Google+ WhatsApp ok.ru