Tbilisidə Hz.İmam Əlinin (ə) təvəllüdü günü “Haqqa sarı” kitabının təqdimatı olub

Bütün Gürcüstan Müsəlmanları İdarəsinin təşəbbüsü və dəstəyi ilə may ayının 3-də Tbilisi şəhərində, “Ambasadori” hotelində Hz.İmam Əlinin (ə) təvəllüdü günü və Gürcüstanın yüz otuzdan çox şair və yazıçılarının dini, mənəvi və tərbiyəvi sahədə yazdıqları əsərlərinin toplusu olan “Haqqa sarı” kitabının təqdimat mərasimi keçirilib.
 
İdarədən Maide.az-a verilən məlumata görə, tədbirdə din, ictimaiyyət və dövlət xadimləri, Azərbaycan, İran və Türkiyə səfirliyindən gələn nümayəndələr və regionlardan dəvət olan şair və yazıçılar iştirak edib. 
 
Mərasimdə Gürcütsan Müsəlmanları İdarəsinin şeyxi Hacı Ramin İgidov, Şərqi Gürcüstanın müftisi Hacı Yasin Əliyev, kitabın tərtibatçısı yazıçı, publisist Əli Abbas, redaktoru tanınmış jurnalist Nizami Məmmədzadə ilə birlikdə imzası getmiş bir neçə şair və yazıçılar çıxış edərək öz ürək sözlərini dilə gətiriblər. Sevinc içərisində olan qələm əhli kitabın ikinci cildinin nəşrində məmuniyyətlə əməkdaşlıq edəcəklərini bildiriblər.
 
Sonda tədbir iştirakçıları mövlud mərasimi münasibəti ilə təşkil olunmuş bayram süfrəsi ətrafında təəssuratlarını bölüşüblər.
 
 
 
 

Google+ WhatsApp ok.ru